Rusiya prezidenti Dmitri Medvedev Ikinci Dünya Müharibəsində Sovet İttifaqının etdiyi fədakarlıqlar və əldə etdiyi nailiyyətlər barədə məlumatların təhrif edilməsinə və ya şübhə altında qoyulmasına qarşı xəbərdarlıq edib.
Nasist Almaniyası üzərində müttəfiqlərin qələbəsinin 64-cü ildönümü ərəfəsində İnternet video-bloqda cənab Medvedev deyib ki, insanlar müharibənin dəhşətli həqiqətlərinə gözlərini yummamalıdırlar.
O, həmçinin bildirib ki, Rusiya heç kimə öz xalqının fədakarlıqlarını şübhə altında qoymağa imkan verməyəcək. Rusiya öz xalqının çəkdiyi əzabları və 27 milyon insanın həyatını itirməsini önə çəkir və Qırmızı Ordunu xilaskar deyil, işğalçı kimi qəbul edən keçmiş komunist ölkələrini tənqid edir.