Accessibility links

Pakistan ordusu militantlarla döyüşür


Pakistan hərbçiləri bildirirlər ki, hərbi qüvvələr son bir neçə gün ərzində ölkənin şimal-qərbində yerləşən Svat vadisində 140 militant öldürüb. Hərbi qüvvələr Svat vadisində taliban yaraqlıların mövqeyi olmasından şübhəli bilinən məntəqəni təyyarələrlə bombardman ediblər. Əməliyyat baş nazirin hərbi qüvvələrə regiondakı militantların qarşısını almaq barədə verdiyi sərəncamından sonraya təsadüf edir. Bu arada BMT-nin qaçqınlar üzrə agentliyi bildirirki, ölkənin şimal-qərb bölgəsində baş verən döyüşlər üzündən 500 min adam evlərini tərk edib. Beləliklə qaçqınların sayı təxminən bir milyona yüksəlib.
XS
SM
MD
LG