Accessibility links

Gürcü müxalifəti Saakaşvili ilə dialoqa razılaşdı


Gürcüstanın müxalifət liderləri ölkədə bir aya yaxındır ki, davam edən siyasi gərginliyə son qoymaq üçün prezident Mixail Saakaşvili ilə görüşə razılaşıblar.

Sabiq xarici işlər naziri Salome Zurabişvili jurnalistlərə deyib ki, müxalifət nümayəndələri prezidentlə dialoqun detallarını müzakirə etmək üçün tezliklə parlament spikeri Davit Bakradze ilə görüşəcəklər.

Lakin o götrüşün tarixi və danışıqların mahiyyəti barədə detallı məlumat verməyib.

Minlərlə etirazçı dünən Tbilisidə prezident Mixail Saakaşvilinin istefası tələbi ilə Gürcüstan parlamentinin binası qarşısında toplaşıb.

Etirazlar bir gün əvvəl polis idarəsi qarşısında polislə müxalifət tərəfdarları arasında toqquşmada həbs olunmuş 3 müxalifət fəallarının sərbəst buraxılmasından saatlar sonra da davam edir.

Hazırda Avropa Birliyinə sədrlik edən ölkə kimi, Çexiyanın Gürcüstandakı səfiri İvan Jestrab polis məntəqəsində baş verənləri kriminal aksiya adlandırıb.

XS
SM
MD
LG