İranda iki keçmiş islahatçı siyasətçi rəsmi olaraq prezident seçkilərində namizəd kimi qeydiyyatdan keçib. Onların ikinci müddətə prezident seçilmək istəyən İran prezidenti Mahmud Əhmədinejad üçün ciddi rəqabət yarada biləcəyi hesab edilir.
Mötədil siyasətçilər olan keçmiş baş nazir Mir Hüseyn Musəvi və parlamentin keçmiş spikeri Mehdi Kərrubi iyun ayının 12-də keçiriləcək seçkilərdə namizəd kimi qeydiyyata alınmaq üçün istefa verdikləri zaman hazırkı prezidenti tənqid ediblər.
Onlar İranın xarici aləmlə cənab Əhmədinejadın hakimiyyətdə olduğu dörd il ərzində pozulmuş münasibətlərini düzəltməyə çalışacaqlarını deyiblər. Cənab Musəvinin prezident Əhmədinejad üçün daha ciddi rəqabət təşkil edəcəyi gözlənilir.
Prezident Əhmədinejad ikinci müddətə seçilmək üçün rəsmən namizədliyini cümə günü elan edib.