Accessibility links

BMT daha 9 adda kimyəvi maddədən istifadəyə qadağa qoyub


Dünyanın 160 çox ölkəsinin hökuməti BMT-nin sponsorluq etdiyi müqaviləyə əsasən dozzuq adda kimyəvi maddənin qadağan edilməsi haqda razılıq əldə edib.BMT-nin Ətraf Mühit proqramı bildirir ki, bu kimyəvi maddələr bir həftə sürən iclasdan sonra bu gün Stokholm Konvensiyasına əlavə edilib.

Bu kimyəvi maddələr artıq müqavilədə göstərilmiş 12 zəhərləyici maddəyə əlavə edilir.BMT bildirir ki, hazırda müqaviləyə adları daxil edilmiş bu kimyəvi maddələr geniş istifadə edilən pestisidlərdən ibarətdir.

BMT-nin Ətraf mühit proqramının başçısı Açim Şteynerin bildirdiyinə görə, bitkilər, heyvanlar və insanların orqanizmlərinə daxil olub yığılan bu kimyəvi maddələrin uzun müddət üçün pis nəticələri ola bilər.

Stokholm Konvensiyasının katibi Donald Kuper deyib ki, kimyəvi maddələr canlıların çoxalma sistemi, inkişafı və əqli funksiyasına zərər vura bilər və xərçəng xəstəliyinə gətirib çıxara bilər.


XS
SM
MD
LG