Accessibility links

ABŞ Senatının Komitəsi İranla danışıqlar keçirilməsi barədə təklifləri müzakirə edib


ABŞ senatının xarici əlaqələr komitəsində Amerika da daxil edilməklə dünyanın aparıcı ölkələrinin İranla danışıqlar təklifi nəzərdən keçirilib. Təklif olunan danışqıların mövzusu İranın nüvə proqramıdır. İran uran zənginləşdirilməsi proqramının dinc mahiyyət daşıdığını desə də, ABŞ və digər ölkələr İranın nüvə silahı istehsal etmək istəyində olduğunu irəli sürür.

ABŞ-ın sabiq prokuroru Robert Morgentau senatın xarici əlaqələr komitəsinə xəbərdarlıq verib. Onun dediyinə görə, İranı nüvə silahlarının inkişafından çəkindirmək artıq gecdir. Lakin xarici əlaqələr komitəsinin rəhbəri Con Kerri İranla əlaqələrə yeni başlanğıc verilməsini istəyən ABŞ prezidenti Barak Obamanın mövqeyini müdafiə edib. Con kerri deyib ki, İranla qarşıdurma deyil, təmas yaradılmasına üstünlük verilmədlir.

Amerikanın dövlət katibinin sabiq müavini Nikolos Bürns isə hərbi müdaxilə istisna edilmədən, İrana qarşı daha artıq sanksiyalar tətbiq edilməsini təklif edib. Cənab Börns deyib ki, 30 ildən artıqdır ki, bizim heç bir əlaqəmiz olmayıb. Cimi Karter administrasiyasından prezident Obamanın vaxdına kimi kimi İran hökumətləriylə heç bir ciddi müzakirə olmayıb. Birbirimiz haqqında anlayışımız yoxdur və bir-birimizi rəqib qismində görmüşük.

Cənab Börns deyib ki, ‘bu vəziyyət hər iki ölkə üçün təhlükəlidir və mən gerçəkdən də İranı ölkəmizə qarşı real təhlükə kimi görürəm.Onlar nüvə silahı hazırlamaq üçün fürsət axtarırlar, buna şübhə yoxdur’ deyə Nikolas Burns bildirib. O ,həmçinin söyləyib ki,Əhmədinejad görünmək istədiyi qədər də populyar deyil. Orta təbəqə insanlarına İranda yaşamaq çox çətindir. İran prezidenti Mahmud Əhmədinejad isə deyib ki, o ABŞ-la heç bir şərt qoyulmadan danışıqlar keçirməyə hazır deyil.


Hərçənd ki, senator Kerri deyir ki, ABŞ İranda rejimin dəyişməsinə heç bir cəhd etməyəcək, ekspertlərin fikrinə görə, dəyişiklik gələn ay keçiriləcək prezident seçkilərində baş verə bilər.

XS
SM
MD
LG