Accessibility links

Roksana Saberinin vəkili məhkəmə işindən nikbinliyini bildirib


İranda həbs edilən amerikalı jurnalist Roksana Saberinin vəkili müdafiə etdiyi şəxsin işi barədə nikbin olduğunu bildirib. O deyib ki, İranın Apellyasiya Məhkəməsi müdafiəni təqdim edən zaman oradakı atmosfer jurnalistin lehinə olub. Vəkil məhkəmənin 8 il azadlıqdan məhrum edilmiş Saberi haqda qərarın yaxın bir neçə gündə çıxaracağını bildirib. 32 yaşlı jurnalist keçən ay casusluq ittihamları ilə həbs edilmişdi. Onun ailəsi və ABŞ hökuməti bu iddiaları əsassız hesab edir. Saberinin atasının sözlərinə görə, jurnalist 2 həftə aclıq aksiyası keçirəndən sonra bu həftənin bazar ertəsi günü aksiyaya son qoymuşdu. Bağlı qapılar arxasında keçən bugünkü məhkəmə iclasının şahidləri bildirir ki, Saberə məhkəmədə yorğun və zəif görünüb.
XS
SM
MD
LG