Accessibility links

Minlərlə pakistanlı  Svat vadisini tərk edib


Pakistan ordusu ölkənin şimal-qərbindəki Malakand regionunda Taliban yarqlılarına qarşı havadan və yerdən hücumlarını davam etdirir. Qonşu Buner və Dir mahallarındakı yarqlılara qarşı iki həftə bundan əvvəl başlayan əməliyyatların hələ də davam etdiyi, Svat Vadisindəki Minqora şəhərində isə hal-hazırda ağır döyüşlərin getdiyi xəbər verilir. Pakistanın Daxili İşlər Nazirıliyinin məlumatında əməliyyatlar zamanı 700-ə qədər yaraqlının öldürüldüyü bildirilsə də, bu məlumat müstəgil mənbələrtərəfindəntəstiq edilməyib. Döyüşlər nəticəsində həlak olan mülki vətəndaşların sayı barədə isə məlumat verilmir. Əməliyyatlar səbəbindənyaşadıqları yerləri tərk edən insanlarınsayı barədə məlumatlar isə dəyişməkdə davam edir. Yerli xəbər agentlikləri isə 700 000-ə qədər insanın didərgin düşdüyünü bildirir. BMT-nin məlumatına əsasən təkcə son döyüşlər zamanı 360 000 insan didərgin düşüb. İslamabaddan isə Taliban yaraqlılarına qarşı əməliyyatların tez bir zamandamüvəffəqiyyətlə başa çatdırılacağı bildirilir.
XS
SM
MD
LG