Accessibility links

Cənubi Koreya və Özbəkistan  enerji əməkdaşlığı barədə müqavilələr imzalayıb



Özbəkistan və Cənubi Koreya Özbəkistanın yeni neft və qaz yataqlarının birgə işlənməsi üçün bir sıra razılaşmalar əldə ediblər. Koreya rəsmiləri deyir ki, Cənubi Koreya prezidenti Li Myanq-bakin Daşkəndə 3 günlük səfəri zamanı qarşılıqlı əməkdaşlıqla bağlı 16 razılıq əldə edilib.

Özbəkistan prezidenti İslam Kərimov bazarertəsi cənab Li ilə görüşüb və sonra hər iki ölkənin strateji əlaqələri haqda bəyanat verib.Cənab Kərimov bildirib ki, iki ölkənin ticarət dövriyyəsi keçən il bir milyard dollardan çox olub.

Cənab Li isə öz növbəsində Cənubi Koreyanı və Özbəkistanı birləşdirən yeni “İpək yolunun” çəkilməsi təklifini irəli sürüb. O, bununla yük daşımaları və informasiya texnologiyaları sahəsində yaxın əməkdaşlığı nəzərdə tutub.

Rəsmilər deyir ki, bu təşəbbüs Cənubi Koreyanı daimi enerji ehtiyatı ilə təmin edə bilər və iki ölkənin Asiya iqtisadiyyatındakı rolunun güclənməsinə gətirib çıxarda bilər. Özbəkistan keçmiş sovet respublikaları arasında ən çox təbii qaz istehsal edən ölkələrdən biridir.

XS
SM
MD
LG