Accessibility links

Bağdadda bir Amerika əsgəri 4 əsgəri güllə ilə vurub öldürüb


Birləşmiş Ştatların silahlı qüvvələri Amerikanın Bağdaddakı bazasında bir əsgər dörd əsgər yoldaşını güllə ilə vurub öldürüb.Silahlı qüvvələr hücumçunun saxlandığını bildirir. ABŞ mətbuatı qətllərin bu gün İraq paytaxtının ətraflarında yerləşən Liberti hərbi bazasında baş verdiyi haqda məlumat verib. Silahlı qüvvələr yalnız bəzi detalları açıqlayaraq, işlə bağlı təhqiqat aparıldığını bildirir.Bu gün habelə iraq ıolisi Bağdadda yüksək səviyyəli zabitin öldürüldüyünü bildiirb. Rəsmilər şəxsiyyəti müəyyən edilməmiş silahlının Əbdül Hüseyn Möhsün əl-Kadəminin paytaxtın mərkəzində avtomobil sürdüyü zaman öldürüldüyünü bildirib.


XS
SM
MD
LG