Accessibility links

Taliban yaraqlıları NATO-nun yük maşınlarını hədəf alır


Son vaxtlar sərhəd bölgələrindəki hücumlar Talibanın yenidən güclənməsinə işarədir. Bu gün səhər Taliban yaraqlıları olmalarından şübhəli bilinənlər Pişəvər yaxınlığında NATO qüvvələrinə təchizat daşıyan bir neçə maşını yandırmışlar.

İslamabadda keçirilən Regional İqtisadiyyat Konfransında çıxış edən prezident Həmid Karzai keçən ildən bəri yüzlərlə maşına edilən hücumlar və sabotajların iki ölkə arasındakı ticarət əlaqələrinə güclü zərbə endirdiyini deyib. Cənab Karzai yük maşınlarının yandırıldığını, sürücülərin qətlə yetirildiyini və təchizatın talan edildiyini bildirib.

Pakistanın şimal-qərb bölgəsindəNATO-nun təchizat marşrutlarına basqınlar adi hal alıb. Yalnız son iki gün ərzində yaraqlılar ordu və Əfqanıstanın hökumət binalarına qarşı əlaqələndirilmiş, partizansayağı hücumlar həyata keçirirlər. Dünən eləcə də, Xost vilayətindəki ABŞ hərbi bazası yaxınlığında baş vermiş intiharçı hücumu bir neçə nəfərin ölümünə, 20-dən çoxunun isə yaralanmasına səbəb olub.

XS
SM
MD
LG