Accessibility links

ABŞ prezidenti Konqres liderləri ilə görüşüb


Ağ Evdə Konqres liderləri ilə görüşündən sonra ABŞ prezidenti Barak Obama səhiyyə xidmətlərində islahatlara dair qanunun təsdiqinin reallaşacağını deyib. Barak Obama bildirib ki, amerikalılar səhiyyə sisteminin yayarsız halda olduğundan xəbərdardır. "Bu, nə ailələr, nə bizneslər, nə federal, nə də ştat hökumətləri üçün yararlıdır"- deyə ABŞ dövlət başçısı bildirib.

ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosi əməkdaşlığa vəd verərək, qanunun iyul ayının sonunadək müzakirəyə çıxarılacağını bəyan edib. Nensi Pelosi bildirib ki, məqsədimiz sağlam Amerikadır.


XS
SM
MD
LG