Accessibility links

Roksana Saberinin casusluq ittihamları ABŞ-ın İraq müharibəsinə dair sənədlərinə əsaslanıb


İranda bu günlər həbsdən azad edilən amerikalı jurnalist Roksana Saberinin vəkili Saleh Nikbəxtin dediyinə görə, jurnalistə qarşı irəli sürülən casusluq ittihamları onun ABŞ-ın İraq müharibəsinə dair sənədlərinə əsaslandırılmışdı. Jurnalist həmin məxfi sənədlərin surətini çıxardıqan sonra onlar haqda araşdırma aparmağa hazırlşırdı. Vəkil bu sənədlərin necə ələ keçirildiyi deməyib,lakin onlardan heç vaxt istifadə edilmədiyini diqqətə çatırıb.

32 yaşılı Roksana Saberi yanvar ayında İranda satışı qadağan edilən şərab alarkən nəzarət altına alınmışdı. Casusluq ittihamı ilə 8 il azadlıqdan məhrum edilən jurnalistin hökmü apellyasiya məhkəməsində dəyişdirildikdən sonra o, azadlığa buraxılmışdır. Lakin İranın kəşfiyyat naziri bildirib ki, cəza müddətinin azaldılması Saberiyə bəraət qazandırıldığı demək deyil. ABŞ prezidenti Barak Obama jurnalistin azad edilməsini humanizm jesti kimi qiymətləndirib.

XS
SM
MD
LG