Pakistanın ordu rəhbəri hərbi qüvvələrə mülki vətəndaşlar
arasında itkiləri lap azaltmaq barədə əmr verib. Sərəncamda qeyd edilib ki,
taliban yaraqlıları ilə apardıqları döyüşlərdə əsgərlər onlara təhlükə olsa belə əmri yerinə yetirməlidirlər. Hərbi rəsmilər bildirirlər ki, keçən həftə Svat vadisi və ətraf bölgələrdə taliban
yaraqlılarına qarşı həyata keçirilən əməliyyatlarda 751 yaraqlı öldürülüb. Mülki vətəndaşlar arasında itkinin baş verdiyi barədə məlumat
verilməyib. Lakin rəsmilər vuruşmalar
üzündən təxminən 800 min adamın evlərini
tərk etdiyini bildirirlər. BMT
Pakistanın qaçqınlarına plastik çadırlar, mələfə və iki içməli su anbarı daxil
olmaqla 120 ton ləvazımat göndərib.