Accessibility links

A-H1N1 virusuna 5200-dən artıq insanın yoluxduğu təsdiq edilib


Ümumdünya Səhiyyə Təşkilatı A-H1N1 donuz qripi virusuna artıq 5200-dən artıq insanın yoluxduğunu və bu xəstəliyin 30 ölkədə yayıldığını təsdiq edib. Çinin səhiyyə rəsmiləri ölkədə ikinci adamın,19 yaşlı tələbənin virusa yoluxduğunu bildirir. Səhiyyə nazirliyinin bəyanatında deyilir ki, həmin oğlan ötən cümə günü Çinə Kanadadan gəlib və iki gün sonra yüksək hərarətlə xəstəxanaya çatdırılıb. Çində qripə yoluxan ilk şəxs isə ABŞ-dan və Japoniyadan keçərək Çinə səfər edən 30 yaşlı kişidir.

Honq Konqda da artıq iki nəfərin donuz qripinə yoluxduğu təsdiq edilib. Xəstəliyin episentri olan Meksikada isə 58 nəfər artıq dünyasını dəyişib. ABŞ-ın daxili təhlükəsizlik naziri Canet Napolitano Amerikada yaxın gələcəkdə A-H1N1 virusuna yoluxanların və xəstəlik səbəbi ilə ölənlərin sayının artacağının gözlənildiyini bəyan edib.

XS
SM
MD
LG