Accessibility links

C.Koreya rəsmisi Yonqbyonun fəaliyyətini bərpa etmədiyini deyir


Cənubi Koreya mətbuatının bildirdiyinə görə, Vaşinqton və Seul Şimali Koreyanın nüvə silahının istehsalı ilə məşğul olan zavodun fəlaiyyətini bərpa etməsi barədə konkret sübuta malik deyil.

Cənubi Koreyanln Yonhap xəbər agentliyinin məlumatına görə, ABŞ-ın peyk şəkilləri Şimali Koreyanın Yonqbyon nüvə kompleksində davam edən fəaliyyətləri göstərir .

Ancaq adının açıqlanmasını istəməyən rəsminin bildirdiyinə görə, kripton müəyyənedici Şimalın zavodun fəaliyyətə başladığına dair işarələr göstərmir.

Qeyd edək ki, keçən ay Şimali Koreya Yonqbyon nüvə obyektinin fəaliyyətini bərpa edəcəyini bildirmişdi.

XS
SM
MD
LG