Accessibility links

Vyetnam Rusiyadan 12 ədəd qırıcı təyyarə alacaq


Rusiya xəbər agentliklərinin məlumatına görə, Vyetnam Rusiyadan təxminən 500 milyon dollar dəyərində 12 ədəd "Suxoy SU-30" qırıcı təyyarə almaq barədə anlaşmanı imzalayıb.

Məlumatlara görə, həmin təyyarələri Rusiyanın dövlət silah şirkəti Rosoboronexport təchiz edəcək.

Mənbələrin bildirdiyinə görə, bu barədə müqavilə hələ 2009-cu ilin əvvəlində imzalanıb. Rusiyanın İnterxax xəbər agentliyi yazır ki, Rosoboronexport təyyarələri gələn il təhvil verəcək.

Bu anlaşma Rusiya mətbuatında iki ölkə arasında başqa bir mühüm silah sazişi barədə informasiyalardan sonra əldə edilir.

Həmin sazişə görə Vyetnam Rusiyadan 1.8 milyon dollar dəyərində 6 ədəd sualtı qayıq almağı planlaşdırır.

XS
SM
MD
LG