Accessibility links

Qazprom Avropa şirkətləri ilə Cənub Axın kəmərinin tikintisinə dair müqaviləni imzaladı


Rusiyanın Dövlət Qaz Şirkəti -Qazprom Avropa şirkətləri ilə bu ölkədən Avropaya qaz çatdıracaq Cənub Axın kəmərinin tikintisinə dair müqaviləni imzalayıb.

Sənədə bu gün Soçidə Rusiya baş naziri Vladimir Putinlə İtaliyanın baş naziri Silvio Berluskoni ilə görüşdən sonra İtaliyanın ENİ enerrji şirkəti və Qazprom nümayəndələri imza atıblar.

Bu layihə mavi qazın Xəzər dənizi regionundan Rusiya boyunca Qara dəniz və Balkan ölkələri üzərindən İtaliyaya nəqlini nəzərdə tutur.

Günün əvvəlində isə Gazprom analoji sənədləri Bolqarıstan, İtaliya və Serbiya şirkətləri ilə də imzalayıb.

Cənub Axını layihəsi Azərbaycan qazının Rusiyadan yan keçərək Türkiyə və Avropaya nəqlini nəzərdə tutan Nabukko layihəsinə əsas alternativ hesab olunur.

Bununla yanaşı, Rusiyanın Xarici İşlər Nazirliyi bildirib ki, Xəzər bölgəsindən qərb istiqamətində qaz ixracını nəzərdə tutan Nabukko layihəsininin əleyhinə deyil və Azərbaycanın suveren ölkə kimi istənilən layihədə iştirakı onun hüququdur.


XS
SM
MD
LG