Accessibility links

Şri Lanka Tamil üsyançıları 25 illik mübarizədən sonra məğlub olub


Şri Lankanın Tamil üsyançıları 25 il müstəqil dövlət uğrunda mübarizə apardıqdan sonra bu gün məğlub olduqlarını etiraf ediblər. Üsyançıların vebsəhifəsində açıqlanmış bəyanatda onların nümayəndəsi döyüşlərin ağrılı məqamə gəlib çatdığını bildirib və deyib ki, üsyançılar Tamil xalqını qətlə yetirmək üçün hökumətin gətirdiyi bəhanələrə son qoyaraq döyüşləri dayandırır.Üsyançıların mühasirəyə alındığı haqda xəbər paytaxt Kolomboda böyük sevinclə qarşılanıb. Bu gün İordaniyadan Şri Lankaya qayıdan prezidenti Mahinda Racapaksa səfəri zamanı bildirib ki, hərbi qüvvələr üsyançılar üzərində qələbə çalaraq, 25 illik münaqişəyə son qoyub.


XS
SM
MD
LG