Accessibility links

Barak Obama İsrailin baş naziri ilə görüşüb


ABŞ prezidenti Barak Obama bu Vaşinqtonda İsrailin baş naziri Benyamin Netanyahu il görüşüb. Danışıqların diqqət mərkəzində İsrail-Fələstin sülh prosesi və İranın nüvə proqramı olub.Bu, vəzifəsinin icrasına başlayandan sonra cənab Netanyahunun ABŞ prezidenti ilə ilk görüşüdür. İsrailin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Uzi Arad görüşdən öncə bildirmişdi ki, cənab Netanyahu əsas diqqəti İranın nüvə proqramının qarşısının alınması məsələsinə yönəldəcək. Israil İranı mövcudluğuna təhlükə hesab edir.

Prezident Obama bildirib ki, o, beynəlxalq normaları qəbul etmək üçün İrana imkan vermək istəyir.İsrail rəsmiləri isə deyirlər ki, İrana yalnız məhdud vaxt verilməli və əgər İran şərtləri qəbul etməsə, ona qarşı daha ciddi sanksiyalar tətbiq olunmalıdır. Danışıqlar zamanı İsrail və onun ərəb qonşuları ilə sülh perspektivləri də müzakirə olunub. Cənab Obama bildirib ki, İsrail-Fələstin münaqişəsinin iki dövlətin mövcudluğu prinsipi əsasında həlli onun Yaxın Şərqdə sülhə nail olmaq səylərinin mərkəzində durur. Cənab Netanyahu bundan öncə bildirmişdi ki, İsrail-Fələstin sülh danışıqlarında əsas diqqət Fələstin dövlətinin yaradılması deyil, iqtisadi yardım və təhlükəsizlik məsələlərinə yönəlməlidir.

Fələstin prezidenti Mahmud Abbas cənab Obamanın İsrailin iki dövlətin mövcudluğunu qəbul etməsi və İordan Çayının Qərb sahilində yəhudi yaşayış məntəqələrinin salınmasını dayandırması üçün təzyiq göstərməsini istəyir.


XS
SM
MD
LG