Accessibility links

Həmid Karzayın qardaşının maşın karvanına hücum həyata keçirilib


Əfqanıstan prezidenti Həmid Karzayın qardaşı Əhməd Vəli Karzayın avtomobil karvanına edilən hücum zamanı onun özü sağ qalsa da, bir cangüdəni qətlə yetirilib. Əhməd Vəli Karzayın sözlərinə görə, ona qarşı hücum Əfqanıstanın şərqindən paytaxt Kabilə qayıdarkən həyata keçirilb. Hücumun arxasında kimlərin dayandığı hələ məlum deyil.

Əfqan rəsmiləri bildirirlər ki, dünən Helmənd vilayətindəki polis yoxlanış məntəqəsinə edilən hücum zamanı 6 polis zabiti öldürülüb. Daxili İşlər Nazirliyi dünən eləcə də, Zabil vilayətində yol kənarına yerləşdirilmiş bomba partlayışının bir əfqan əsgərinin ölümünə, üçünün yaralanmasına səbəb olduğunu bildirib.


XS
SM
MD
LG