Accessibility links

Krım tatarlarının deporatiyasından 65 il ötür



Ukraynanın təhlükəsizlik xidməti Stalin dövründə krım tatarlarına qarşı cinayətəri təhqiq etmək üçün xüsusi bölmə yaratdıqlarını elan edib.

Ölkənin Təhlükəsizlik xidmətinin başçısı Valentin Nalivayçenko bu gün Krımın paytaxtı Simferopolda bəyanatla çıxış edib.

O deyib ki, yaradılacaq bölmə Sovet dövründə krım tatarlarının repressiyası və məhvinə dair cinayətləri təhqiq edəcək.

Təhqiqat zamanı habelə ikinci dünya müharibəsi dövründə yarımadadakı etnik qrupların zorən deportasiyasına da nəzər yetiriləcək.

Bu gün Krım tatarlarının deporatiyasının 65-ci ildönümü on minlərlə insan Simferopolda yürüş keçirib. 1944-cü ildən başlayaraq 200 000 Krım tatarı Orta Asiyaya deportasiya edilmişdi.


XS
SM
MD
LG