Accessibility links

ABŞ Pakistana 100 milyon dollarlıq humanitar yardım edir


ABŞ Dövlət katibi Hillari Klinton Pakistana 100 milyon dollar məbləğində yeni yardımın ayrıldığını bildirib. Klinton bunu bu gün Ağ Evdə elan edib.

Dövlət katibinin sözlərinə görə, bu maliyyə vəsaiti Pakistan hökumətinin Taliban yaraqlılarına qarşı mübarizə apardığı Svat vadisində yerlərindən didərgin düşən insanlara yardım göstərilməsi üçün nəzərdə tutulub. Xanım Klinton bildirib ki, Obama administrasiyası məcburi köçkünlərin tez zamanda, təhlükəsiz şəkildə və könüllü olaraq öz yerlərinə qayıdacaqlarına ümid bəsləyir.

O, Pakistan hökumətinin yaraqlılara qarşı şiddətli döyüşlər apardığını bildirib.

ABŞ-ın baş diplomatı olan Klinton bəyan edib ki, Taliban və Əl-Qaidənin məğlub edilməsi təkcə Pakistan deyil, bütünlükdə region və Birləşmiş Ştatların maraqlarındadır.


XS
SM
MD
LG