Accessibility links

Bil Klinton BMT-nin Haiti üzrə xüsusi nümayəndəsi təyin edilib


BMT-nin Baş katibi Ban Ki Mun ABŞ-ın sabiq prezidenti Bil Klintonu Haiti üzrə xüsusi nümayəndə elan edib. Cənab Ban deyib ki, sabiq prezident yoxsulluq içində olan bu ölkəyə uzun müddətli sabitlik və yardım gətirilməsi işini yerinə yetirəcək.

Cənab Klinton və cənab Ban beynəlxalq ictimiayyətin diqqətini yenidən Karib hövzəsi ölkəsində iqtisadi təhlükəsizliyin yaradılması səylərinə çəkmək üçün mart ayında Haitiyə səfər etmişdilər. Haiti Qərb yarımkürəsinin ən yoxsul ölkəsidir.

Aprel ayında beynəlxalq donorlar gələn iki il üçün Haitiyə 324 milyon dollar məbləğində yardım göstərməyə söz veriblər.

XS
SM
MD
LG