Accessibility links

Amerikada 'ABŞ Konstitusiyası' üzrə ölkə olimpiyadası sona çatıb


Bir neçə yüz orta məktəb şagirdi Vaşinqtonda respublika çempionatının son mərhələsində ABŞ Konstitusiyasına dair biliklərini sınaqdan keçirirlər. "Biz, Xalq " adlanan Konstitusiya Olimpiyadası əsas qanunun birinci cümləsinin başlanğıcını təsvir edir.

Bu şagirdlər ABŞ Konstitusiyası üzrə ekspertdirlər. Onlar Kapitolidə "Biz - Xalq" adlı çempionatda mübarizə aparan 10 komandadan biridir. Bu müsabiqə Konstitusiya və ölkənin binövrəsini qoyan digər sənədlər barədədir.

Konnektikutdan olan Çarli Şapiro deyir ki, komandası keçən ilin iyun ayından bəri konstitusiyanı öyrənir: "Bu yarışa hazışmaq həddən artıq çətin olsa da, burada işirak etməyə dəyər".

Tələbələr açılış çıxışlarından sonra özlərinə ünvanlanan suallara cavab veriblər.

Onlar biliklərini nümayiş və öz mövqelərini müdafiə etməlidirlər. Konstitusiya olimpiyadası bu otaqda baş tutan konqres dinləmələri kimi keçirilir. Alabamadan tələbə Maykl Pritçarddan Müstəqillik Bəyannaməsi barədə soruşurlar.

"Kəskin suallar verirlər ancaq biz öz mövqeyimizi müdafiə edə bilirik. Heç bir boşluq verməmişik".

Paneldə Ştatın Ali Məhkəməsinin hakimləri, siyasi elmi üzrə professorlar və tarixçilər də iştirak edir.Marqaret Branson 22 ildir hakim işləyir. Onun sözlərinə görə, tələbələrə məhsuldar tənqid çox vacibdir: "Əgər şagirdlərə sən əlasan desək, onda onlar da düşünəcəklər ki,əgər mən əlayamsa nə üçün birinci yeri tuta bilmədim".

Branson deyir ki, çempionat şagirdlərin tarix və siyasətə marağının artırılmasının bir üsuludur: "Biz bu gənclər arasında liderlik qabiliyyətinə malik insanları görürük. Biz onları yollarını davam etdirməyə ruhlandırmaq istəyik ki, bu gənclər gələcəkdə icmalarının, ştatlarının və dövlətlərinin lideri olsunlar".

Ən yüksək bal toplayan 3 məktəbin komandası mükafatlara layiq görülür. Ancaq bir çox şagirdlər deyib ki, finala çıxmaq özü fərxli bir işdir.

XS
SM
MD
LG