Accessibility links

Beynəlxalq təşkilat Azərbaycanda jurnalistlərə təzyiqlərdən narahatlığını bildirir


Londonda yerləşən beynəlxalq Artikl 19 Jurnalistləri Müdafiə təşkilatı Cənubi Qafqaz ölkələrində son zamanlar media təmsilçilərinə qarşı zorakılıqların artmasından narahatlığını ifadə edib.

Təşkilatın açıqlamasında bildirilir ki, Azərbaycan, Ermənistan və Gürcüstanda jurnalistlərə qarşı bundan əvvəl törədilmiş zorakılıqlar barədə çevik və ədalətli təhqiqat aparılmadığından bu zorakılıqların cəzasız qalması üçün şərait yaradılıb.

Belə ki, son həftələrdə jurnalistlərə qarşı fiziki basqılar daha da artıb.

Artikl 19 Gürcüstanda müxalifətin etirazları, Azərbaycanda isə Gül bayramının keçirilməsi zamanı reportaj hazırlayan jurnalistlərə təzyiqlərdən bəhs edir.

Habelə Ermənistanda mayın 6-da naməlum şəxslər Şant telekanalının aparıcısı Nver Mnasakanyanı evinin yaxınlığında döyüblər.

Artikl 19 bildirir ki, Azərbaycanda polis "Yüksəliş Naminə" və "Yeni Müsavat" qəzetlərinin müxbirləri, habelə Azadlıq radiosunun əməkdaşına və dinc etirazçılara qarşı fiziki zorakılığa əl atıb.

Artikl 19 xatırladır ki, Ermənistan, Azərbaycan və Gürcüstan söz azadlığı və jurnalistlərin haqlarının müdafiəsinə dair Vətəndaş və Siyasi Hüquqlara Dair Beynəlxalq Konvensiyanı və habelə İnsan Haqları və Təməl Azadlıqlara Dair Avropa Konvensiyasını ratifikasiya ediblər.

XS
SM
MD
LG