Accessibility links

Dövlət katibi Klinton: ABŞ Əfqanıstan və Pakistanda informasiya müharibəsini uduzur


ABŞ Dövlət katibi Hillari Klinton deyib ki, Birləşmiş Ştatlar Pakistan və Əfqanıstanda informasiya sahəsində müharibəni uduzur və bu vəziyyət dəyişməlidir.Xanım Klinton bu gün Senatın Maliyyə komitəsində danışarkən bildirib ki, yük maşınlarının arxasında yerləşdirilən radiolardan informasiya yayan yaraqlılar regiondakı insanlara təhlükə yaradıb onları hədələyir.

Dövlət katibinin sözlərinə görə, onlar ən pis dezinformasiya yaydığı halda, ABŞ strateji kommunikasiya sahəsində uduzur.Xanım Klinton deyib ki, Obama administrasiysı kommunikasiya strategiyasını yenidən nəzərdən keçirərək, regiondakı insanlara informasiyanın çatdırılmasının yeni yollarını axtarır.

XS
SM
MD
LG