Accessibility links

Qırğızıstan məhkəməsi müsəlman dindarların həbs müddətini azaldıb


Qırğızıstan məhkəməsi keçən il Ramazan ayının bitməsi qeyd edilərkən polislə toqquşmada iştirak edən müsəlman dindarların həbs cəzasının azaldılması haqda qərar çıxarıb.

Keçən ilin oktyabr ayında ölkənin cənubunda baş vermiş insidentdən sonra 32 adam həbs edilmiş, onlara 20 ilə qədər həbs cəzası verilmişdi.

Dünən Qırğızıstanın Ali Məhkəməsi onların həbs cəzalarının 5 ildən 10 ilə qədər azaldılması haqda qərar çıxarıb. Müttəhimlərə qarşı fəaliyyəti qadağan olmuş Hizbu-t-Təhrir qrupunun üzvləri olmaq ittihamları irəli sürülmüşdü.

XS
SM
MD
LG