Accessibility links

Əvəz Həsənov: ‘Qarabağ danışıqlarında insan amili unudulub’


“Təəssüf ki, son illərdə Qarabağ ətrafında aparılan siyasi dialoqlarda insan amili unudulub”. Bunu mayın 21-də Amerikanın Səsinin canlı efirində təşkil olunan dəyirmi masada Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənov deyib.

Cənab Həsənov xatırladıb ki, 1995-96-cı illərdə sülh nizamlaması daha çox insan faktoruna yönəlmişdi. Belə ki, siyasi liderlər və beynəlxalq vasitəçilər münaqişədən əziyyət çəkən insanların dinc yaşayışını təmin etməyin vacibliyindən bəhs edirdilər:

“İndi isə bu tezis yığışdırılıb. İnsan amilinə daha əvvəlki qədər diqqət yetirilmir”.

Dəyirmi masanın digər qonağı, Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu isə diqqəti münaqişənin həllinə vasitəçilik edən dövlətlərin mövqeyinə yönəldib.

O deyib ki, son illərdə ABŞ və Rusiya ayrılıqda problemə daha obyektiv münasibət sərgiləyirlər, “ancaq təəssüf ki, bu mövqe Minsk Qrupunda öz əksini tapmır”.

Turan İnformasiya Agentliyinin eksperti Zəfər Quliyev isə bu təzadı Minsk Qrupuna üzvlük edən ölkələr arasında geosiyasi rəqabətlə əlaqələndirib. Eyni zamanda ekspert deyib ki, əvvəlki illərlə müqayisədə, indi ABŞ Qarabağla bağlı ardıcıl siyasi kursa malikdir.

“Əvvəllər Minsk Qrupunda imitasiya elementləri daha çox idi. Lakin ötən il Gürcüstandakı müharibədən sonra bu ölkələr bir növ, oyandılar. İndi sabitlik faktoru daha önə keçib və bu, nizamlama prosesinə müəyyən ümidlər yaradır”, -deyə Zəfər Quliyev vurğulayıb.

XS
SM
MD
LG