Accessibility links

BMT Pakistana əlavə humanitar yardıma ehtiyac olduğunu bildirib


BMT Pakistan ordusunun Taliban yaraqlılarına qarşı əməliyyatları zamanı evlərindən didərgin düşənlərə əlavə 454 milyon məbləğində humanitar yardıma ehtiyac olduğunu bildirib. BMT beynəlxalq ictimaiyyətə müraciət edərək, bu humanitar yardımın Pakistanın mülki vətəndaşlarına təcili çatdırılmalı olduğunu deyib. BMT-nin Humanitar Məsələlər üzrə rəsmisi Martin Moqvanja açıqlamasında didərginlərin sayının günü-gündən artdığını və bunun da krizisin artması demək olduğunu bildirib. Moqvanja deyib ki, son 20 ildə dünyanın heç bir yerində Pakistanda üç həftə yarım müddətində olduğu qədər qaçqın olmayıb.

XS
SM
MD
LG