Accessibility links

ABŞ Senatı İraq və Əfqanıstandakı əməliyyatlara maliyyə ayrılmasını dəstəklədi


ABŞ Senatı İraq və Əfqanıstandakı hərbi əməliyyatlar üçün 91,3 milyard dollarlıq vəsaitin ayrılmasına dair qanun layihəsini bəyənib.

Ancaq sənəddə Quantanamodakı hərbi məhbəsin bağlanması üçün də istənilən məbləğ ödənilməyəcək.

Senatorlar dünən keçirilən səsvermədə ayrılacaq vəsaitin prezident Barak Obamanın çağırışına uyğun olaraq, Əfqanıstanda hərbi qüvvələrin sayının atırılması üçün xərclənməsinə 3 səs əleyhinə olmaqla 86 səslə razılaşıblar.

Ancaq Quantanamo üçün istənilən vəsaitin rədd olunması bnu həbsxananın gələn ilin əvvəlinədək bağlanacağına dair prezient Obamann açıqlamalarına uyğun gəlmir.

Daha əvvəl isə Nümayəndələr Palatası Ağ evin müraciətinə cavab olaraq, İraq və Əfqanəıstanda müharibə xərcləri üçün 96,7 milyardlıq vəsait ayrılmasına səs vermişdi.

XS
SM
MD
LG