Accessibility links

Cənubi Koreyanın sabiq prezidenti dünyasını dəyişib


Cənubi Koreya polisinin bildirdiyinə görə, ölkənin sabiq prezidenti Roh Moo-Hyun bu gün dağdan yıxılaraq həyatını itirib.

Polis deyir ki, cənab Roh baş vermiş qəzadan sonra yaşadığı Gimhae şəhərindən Busan şəhər xəstəxanasına çatdırılsa da, başından aldığı ciddi travmadan dünyasını dəyişib.

Polis qəzanın səbəblərini araşdırdığını deyir.

Cənubi Koreyanın Yonhap xəbər agentliyi isə adının açıqlamadığı mənbəyə istinadən, sabiq prezidentin ölümündən əvvəl yazdığı intihar məktubunun tapıldığını bildirir.

63 yaşlı cənab Roh 2003-cü ildən 2008-ci ilə qədər Cənubi Koreyaya rəhbərlik edib.

O, hakimiyyətə anti-korrupsiya platforması ilə gəlmişdi.

Bu ayın əvvəlində o, bir iş adamından 6 milyon dollardan çox rüşvət almaqda ittiham olunaraq, sorğuya çəkilmişdi.

XS
SM
MD
LG