Accessibility links

İraqda 2 mülki amerikalı öldürülüb


İraqdakı Amerika hərbçilərinin dediyinə görə, Bağdad yaxınlığında güclü mühafizə olunan Yaşıl Zonada baş vermiş ayrı-ayrı insidentlər zamanı iki mülki amerikalı öldürülüb.

Hərbi sözçü bu gün deyib ki, həlak olanlar ABŞ Müdafiə Nazirliyi üçün çalışırdı. Onların cəsədi dünən Yaşıl Zonada tapılıb.

Sözçü deyib ki, rəsmilər insidentin səbəblərini araşdırırlar. Bununla yanaşı, mənbə araşdırmanın detalları barədə heç bir məlumat verməyib.

Yaşıl Zonadakı başqa mənbələr amerikalılardan birinin bu ərazidə öldüyürdüyünü bildirirlər. Digər insidentin isə ABŞ səfriliyinin yaxınlığında baş verdiyi deyilir.

XS
SM
MD
LG