Suriya prezidenti Bəşər Əl-Əsəd İsraili Yaxın Şərqdə sülh prosesinə ən böyük maneə adlandırıb. Bu gün Dəməşqdə İslam Konfransı Təşkilatının xarici işlər nazirləri ilə görüşü zamanı Suriya lideri deyib ki, İsrailin hakim sağ cinah hökuməti sülhə tərəfdarşlıq etməlidir. Bəşər Əl-Əsəd İsrailin zəbt etdiyi bütün ərəb topraqlarının geriyə qaytarılmasına çağırıb.
Bu yaxınlarda İsrailin yeni baş naziri Benyamin Netanyahu Suriya ilə danışıqlara hazır olduğunu, lakin Qolan təpələrinin qaytarılmayacağını bildirmişdi. Suriyanın bu ərazisi İsrail tərəfindən 1967-ci ildə 6 günlük müharibə zamanı işğal edilmişdi. Israillə Suriya arasında Türkiyənin vasitəçiliyi ilə son danışıqlar keçən il keçirilmişdi. Suriya həmin müzakirələri dekabr ayında İsrailin Qəzzaya qarşı hücumundan sonra dayandırmışdı.