Accessibility links

Şri Lankada məcburi köçkünlərə yardım gecikə bilər


Şri-Lanka rəsmiləri bildirir ki, hökumət yaraqlılarla mülki vətəndaşları müəyyən etməmiş yardım işçilərinin məcburi köçkünlərə təchizat çatdırmasına icazə verməyəcək. Prezident Mahidna Rajapaksanın sözlərinə görə, xüsusilə təhlükəsizlik sahəsində vəziyyət inkişaf etdiyi zaman belə yardımlara etiraz edən olmaz. Prezidentin bu bəyanatı BMT baş katibi Ban Kİ Munun yardım agentliklərinə məhdudiyyətsiz çıxış çağırışına cavab olaraq açıqlanıb. Cənab Ban dünən Manik Farm qaçqın düşərgəsinə səfər edib. Bu düşərgə bu yaxınlarda sona çatmış vətəndaş müharibəsi nəticəsində didərgin düşmüş 300 min məcburi köçkünün evidir.
XS
SM
MD
LG