Accessibility links

Rusiya prezidenti ölkədəki iqtisadiyyatın gözlənildiyindən daha çox tənəzzülə uğradığını deyir


Rusiya prezidenti Dmitri Medvedev ölkədəki iqtisadiyyatın gözlənildiyindən daha çox tənəzzülə uğradığını deyib. Bu isə federal büdcənin son on ildə ilk dəfə defisitinə yol açıb. Moskvada Rusiya kabinet nazirləri ilə görüşən prezident Medvedev qlobal iqtisadiböhran Rusiynın federal gəlirlərinə ciddi zərbə vurduğunu deyib. Rusiya lideri son 10 ildə ilk dəfə olaraq xərclərin gəlirlərdən artıq olduğunu, ümimdaxil məhsul istehsalının 7% azalaraq, büdcədə defisitə səbəb olduğunu deyib. Lakin Rusiyanın dövlət başçısı gələcəklə bağlı nikbinliyini də ifadə edib.

Rusiyanın Federal Statiskita bürosunun iqtisadi göstəricilərinə görə isə ümimdaxil məhsul istehsalı ilin birinci kvartalında 9.5% azalıb. İqtisadi İnkişaf Nazirliyinin proqnozlarında isə tənəzzülün 2,2% olacağı deyilirdi. İşsizlik səviyyəsinin 10,2% olanRusiyada sənaye istehsalı 17% azalıb.

XS
SM
MD
LG