Accessibility links

ABŞ Mətbuatı: Müharibə Prezidentləri


Birləşmiş Ştatlarda ənənəvi xatirə günü vətən uğrunda canlarından keçmiş oğul və qızların xalq tərəfindən yad edilməsi ilə müşaiyət olunur. Amerikalılar milyonlarla insan həyatı bahasına aparılan mübarizələr üzərində düşüncələrə dalır, keçmişi nəzərdən keçirir və qanlı mücadilələrin Amerika tarixindəki rolunu dəyərləndirməyə çalışır.

Los Anceles Times qəzetində “Amerikanın müharibə prezidentləri” adlı baş məqalədə ölkə tarixində liderlərin üzləşdiyi sınaqlardan bəhs edilir və ağır müharibə şəraitində onların xalqı mübarizə ətrafında birləşdirmək üçün göstərdikləri səylər xatırlanır. Prezident Corc Buşun dönəmində Amerika iki səhnədə müharibəyə getdi. Əfqanıstan və İraqda zorakılıqlar hələ də davam edir və gənc amerikalılar həyatlarını itirir. İndiki münaqişələrin səbəbləri keçmişdəkilərindən fərqlənir, lakin bu münaqişələri bir faktor birləşdirir – dəhşətli qurbanlar.

“Biz Amerikalıların azad və ya qul olacağı gün yaxınlaşır. Tezliklə müəyyən ediləcək ki, biz öz mülkiyyətimizə sahib olacağıq, yoxsa evlərimiz, təssrüfatlarımız yağmalanacaq. Bizim qəddar düşmənlərimiz bizə iki seçim veriblər: ya cəsur müqavimət yaxud da köləlik. Buna görə də biz toparlanaraq fəth etməli, yaxud ölməliyik” Corc Vaşinqton, 2 İyul 1776.

İngiltərə ilə ikinci müharibə zamanı Ceymz Mədisonun xalqa müraciətindən: “Bu müharibənin səbəbləri ədalətli və hədəfləri ali olduğundan biz fəxarətlə ədalət, şərəf prinsiplərinə, humanitar dəyərlərə əməl etdiyimizi deyə bilərik. Halbuki düşmənin əməllərində bu amillər sezilmir.” 1813-cü il, Mart İnaqurasiyası

Birinci Dünya Müharibəsindən öncə Vudro Vilson ictimaiyyəti Amerika əsgərlərini Avropa göndərməyə inandırmağa çalışırdı. 1918-ci ilin yanvarında həqiqət anı yetişdi. “Biz bu müharibəyə hüquq pozuntuları üzündən daxil olduq ki, bu əməllər insanlarımızın həyatını qeyri-mümkün edib. Biz bu müharibədə özümüzə məxsus heç nə istəmirik. Dünya içində yaşamaq üçün salamat və yararlı edilməlidir.” Prezident Vudro Vilson, Konqresə müraciət.

“Əgər nə vaxtsa fərdin maraqlarını milli rifaha həsr etmək məqamıdırsa, indi o andır. Evdə birliyin olmaması, çəkişmələr, işin dayandırılması və əvvəlki kimi biznes bunla cəbhədə həyatalrını riskə qoyan cəsur oğullarımızın mənəvi gücünə zərbə endirir.” Franklin Ruzvelt, radio müraciəti, 1944-cü il.

Qanlı və uduzulmaqda olan Vyetnam müharibəsini əsaslandırrkən Prezident Riçard Niksonun dediklərindən: “Tarixdə heç zaman kişilər təmənnasız hədəflər uğrunda – dünyanın uzaq bir güşəsində insanların öz hökumətlərini seçə bilıməsi uğrunda belə mübarizə aparmayıb. Biz tez-tez qəddarlıq insidentləri haqda eşidirk, lakin məktəblər, xəstəxanalar inşa edən və Cənubi Vyetnam xalqına səvaxətlə yardım edən on minlərlə amerikalılar haqda eşitmirik.” Niksonun 1971-ci ildəki çıxışından bir neçə il sonra sonuncu Amerika hərbi əsgəri Vyetnamı tərk etdi. Cənubi Vyetnam şimaldakı kommuist qüvvələr tərəfindən zəbt edildi və orada Kommunist diktaturası quruldu.

Və nəhayət müasir eramız: “Əgər biz vaxtında hərəkət etməsəydik, BMT Təhlükəsizlik Şurasının qətnamələri boş hədə kimi qalardı və bu, bütün dünya boyu diktatorların ayaq açmasına ruh verərdi. İraqın işgəncə otaqları indiyədək də günahsız insanlarla dolu olardı. Minlərlə insanın quma gömüldüyü İraqın ölüm çölləri yalnız qatillərə bəlli olacaq. Azdlıq və sülhü sevənlər üçünsə Səddam Hüseynsiz dünya daha yaxşı və daha təhlükəsiz bir yer olacaq.” Corc W. Buş, Konqresə müraciətində, 2004-cü ilin Yanvarı.
XS
SM
MD
LG