Accessibility links

Qırğızıstanla Özbəkistan arasındakı sərhəd bağlanıb


Qırğızıstan rəsmilərinin bildirdiyinə görə, Özbəkistanla sərhəd yaxınlığındaki Özbək regionunda baş verən qanlı döyüşlərdən sonra sərhəd bağlanıb. Atışma bu gün Xanabad şəhərində, sərhəddə polislə bir neçə silahlı şəxs arasında baş verib. İnsident nəticəsində həlak olanlar barədə məlumat verilməyib. Bununla yanaşı Xanabadda partlayışın baş verdiyi də xəbər verilir. Şahidlər şəhər küçələrdə zirehli maşınlar və barikadalar gördüklərini deyirlər.

Əndijan regionunda yerləşən Xanabad şəhərində 2005-ci ildə hökumət qüvvələri nümayişçiləri atəşə tutmuşdu. Özbək rəsmiləri nəticədə İslamçı yaraqlılarla əlaqəsi olan nümayişçilərdən 187 nəfərinin öldürüldüyünü bildirmişdi.

XS
SM
MD
LG