Accessibility links

Beynəlxalq qrup Kosovoda azlıqların ayrı-seçkiliyə məruz qaldığını bildirir


Azlıqların Hüquqlarını Beynəlxalq Müdafiə qrupu bildirir ki, Kosovoda etnik azlıqlar müntəzəm olaraq ayrı-seçkiliyə məruz qalır.

Qrupun bu gün açıqladığı hesabatda deyilir ki, son illər Kosovoda alban və serblər arasında bölgü daha da artıb, digər kiçik etnik qruplara isə əhəmiyyət verilmir. Hesabatda Kosovonun bosniyalılar, xorvatlar, türklər, Kosovo dağlıları və qaraçılar da daxil olmaqla, kiçik etnik qruplarının taleyi ilə bağlı narahatlıq ifadə edilir.

Burada göstərilir ki, Kosovonun keçən il müstəqilliyini elan etdiyi vaxtdan azlıqların onsuz da zəif qorunan hüquqları indi daha kövrək vəziyyətdədir. Burada əsrlərdir Kosovoda yaşayan azlıqların miqrasiya təhlükəsi qarşısında qaldığı deyilir.

XS
SM
MD
LG