Accessibility links

İsrail baş naziri İtaliya və Fransaya səfərlərini təxirə salıb


İsrail rəsmilərinin bildirdiyinə görə, baş nazir Benjamin Netanyahu İtaliya və Fransaya planlaşdırılan səfərlərini təxirə salıb.

Cənab Netanyahu iyunun 3-də italiyalı həmkarı Silvio Berluskoni ilə, bir gün sonra isə Parisdə Fransa prezidenti Nikola Sarkozi ilə gürüşməli idi.

Rəsmilərin dediyinə görə, cənab Netanyahu bu gün hər iki səfərini təxirə salmaq qərarını verib. Səbəb İsrailin dövlət büdcəsinə dair ölkə parlamentində aparılacaq müzakirələrə prezidentin də diqqət ayırması zərurətidir.

Netanyahunun Fransa və İtaliyaya nəzərdə tutulan turnesi onun martın 31-də baş nazir kimi fəaliyyətə başlamasından bəru bu ölkələrə ilk səfərləri olacaqdı.

Rəsmilər bu səfərlərin vaxtının qarşıdakı həftələrdə yenidən müəyyənləşdiriləcəyi bildirirlər.

XS
SM
MD
LG