ABŞ-ın Nümayəndələr Palatası spikerinin 5 günlük Çin səfəri davam edir. Pekini iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlığa çağıran Nensi Pelosi təhlükəsiz ətraf mühiti insan hüquqlarının əsası adlandırıb.
Pekinin Tsiqua Universitetində şıxış edən xanım Pelosi böyük iqtisadiyyatlar olan Çin və Amerikanın daha artıq istixana qazları istehsal etdiyi üçün daha artıq cavabdehliyə malik olduqlarını deyib.
Nensi Pelosinin səfəri Obama administrasiyasının iqlim dəyişikliyi ilə mübarizə məsələsinin Çinlə əməkdalığın artırılması üçün yeni səhifə olduğunu bildirdiyi bir vaxta təsadüf edir.