Accessibility links

Lahorda həyata keçirilən hücumun məsuliyyətini Taliban komandiri öz üzərinə götürüb


Pakistanın yüksək səviyyəli Taliban komandiri Hikmətulla Məsuddünən Lahorda həyata keçirilən intiharçı hücumun məsuliyyətini öz üzərinə götürüb. Hikmətulla Məsudbu gün xəbər agentliklərinə telefonda bildirib ki, polis və kəşfiyyat işçilərini hədəfə alan hücumun məqsədiSvat vadisində yaraqlılara qarşı həyata keçirilən əməliyyatlaragörə qisas almaqdır. Pakistanın Taliban lideri Beytulla Məsudunmüavini olan Hikmətulla Məsudbundan sonra dadigər şəhərlərdəkihökumət binalarına hücumlar həyata keçiriləcəyini demiş və mülki vətəndaşları oraları tərk etməyə çağırmışdır.

Güclü mühafizə edilən Lahor şəhərindəki hücum zamanı silahlardan,qumbaralardan və maşına yerləşdirilmiş bombadan istifadə edildiyi və 23 nəfərin həlak olduğu, 300-ə qədərinin yaralandığı bildirlimişdi.


XS
SM
MD
LG