Accessibility links

ABŞ senatoru Con Kerri Çindədir


ABŞ senator Con Kerri deyib ki, Çin Şimali Koreya ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının atılacaq addımları dəstəkləyəcək. Bu gün Pekində jurnalistlərlə danışan senator Kerrinin sözlərinə görə, o, Şimali Koreyanın nüvə sınağına beynəlxalq reaksiya verilməsində Çinin konstruktiv oyunçu olacağına inanır. Kerri bildirib ki, görüş zamanı Çin xarici işlər naziri Yanq Cieçi ona Çinin hazırda BMT-də müzakirə olunan ölçüləri dəstəkləyə biləcəyini deyib. ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Con Kerri bu həftə Çində rəsmilərlə görüşür. Qeyd edək ki, Çin həmişə Şimali Koreya ilə ehtiyatlı diplomatiya yürüdüb.

XS
SM
MD
LG