Accessibility links

İsrail ABŞ-ın çağırışını rədd edib


İsrail ABŞ-ın İordan çayının qərb sahilindəki yaşayış yerlərinin tikintisini dayandırmaq barədə son çağırılarını rədd edib. İsrail hökumətinin sözçüsü Mark Regev deyir ki, İsrail qanunsuz tikililəri sökəcək və yenı yaşayış yerləri inşa etməyəcək. Ancaq onun sözlərinə görə, əhalinin artımı mövcud yaşayış məntəqələrində inşaatın davam etdirilməsinə icazə verilməlidir. Bu sözlər Regevin ABŞ dövlət katibi Hillari Klintonun şərhlərinə cavabdır. Xanım Klinton demişdi ki, İsrail istisnasız yaşayış mənqələrinin genişləndirilməsinə son qoymalıdır. Dövlət katibinin sözlərinə görə, Obama administrasiyası İsrail və Fələstinlilərin Yaxın Şərq münaqişəsinin həlli yollarını genişləndirmək üçün tezliklə xüsusi təkliflərlə çıxış edəcək.

XS
SM
MD
LG