Accessibility links

Şri Lanka Britaniya qəzetinin iddialarını inkar edir


Şri Lanka hərbçiləri Tamil pələnglərinə son həmlə zamanı 20 mindən artıq mülki vətəndaşın öldürülməsi barədə Britaniya qəzetində yazılanları inkar edirlər.

Times qəzetinin dünən yazdığına görə, müstəqil araşdırmalar mülki vətəndaşların çoxunun məhz hökumət qüvvələri tərəfindən öldürüldüyünü müəyyənləşdirib.

Qəzet bu barədə məlumatında şəkillərə, rəsmi sənədlərə və ekspert rəylərinə istinad etdiyini yazır.

Şri Lanka rəsmiləri isə Times-a açıqlamalarında ölənlərin sayının səhv göstərildiyini deyiblər. Hökumət mülki vətəndaşların ölümündə yaraqlıları günahlandırır.

BMT rəsmiləri isə 25 illik vətəndaş müharibəsinin yekunu olaraq bu ay baş verən döyüşlər zamanı ölənlərin sayının azı 7 min civarında olduğunu təxmin ediblər.

XS
SM
MD
LG