Accessibility links

Tbilisidə polislə nümayişçilər arasında qarşıdurma olub


Gürcüstan rəsmilərinin bildirdiyinə görə, dünən gecə paytaxt Tbilisidə Mixail Saakaşvilinin istefasını tələb edən nümayişçilərlə polis arasında baş verən qarşıdurma zamanı 5 polis işçisi xəsarət alıb. Gürcüstan Daxili İşlər Nazirliyinin bu gün açıqladığı bəyanatında deyilir ki,müxalifət nümayəndələri aksiyaların gedişini kameraya çəkən mülki geyimdəki polisə hücum etmişdir. Nazirlik həmin polis işçisinin köməyə çağırdığını, lakin köməyə gələn digər polis işçilərinin də etirazçılar tərəfidən döyüldüklərini bildirir. Müxalifət liderləri isə polisin 10 nəfər aksiya iştirakçısını yaraladıqlarını bildrirlər.

XS
SM
MD
LG