Accessibility links

ABŞ müdafiə naziri Şimali Koreyaya xəbərdarlıq etdi


ABŞ müdafiə naziri Robert Geyts deyir ki, Birləşmiş Ştatlar nüvə silahlı Şimali Koreyanı qəbul etməyəcək. Sinqapurda Asiya müdafiə nazirləri ilə görüşən cənab Geyts bildirib ki, Şimala qarşı ağrılı sanksiyalar bu ölkənin nüvə proqramını dinc yolla dayandırmağın yeganə yoludur. Onun sözlərinə görə Vaşinqton imkan verməyəcək ki, Şimali Koreya Asiya və ABŞ-da hədəfləri dağıtmaq imkanlarını inkişaf etdirsin. Geyts əlavə edib ki, ABŞ və onun müttəfiqləri Şimali Koreya ilə dialoqa açıqdırlar, lakin təxribata boyun əyməyəcəklər. Konfransda iştirak edən Çinin baş qərargahlar rəisi Ma Şaotian bəyan edib ki, Koreya yarımadası nüvə silahından azad zona olmalıdır.
XS
SM
MD
LG