ABŞ
prezidenti Barak Obama Senatı Ali Məhkəməyə nominasiya etdiyi namizədi tezliklə
təsdiq etməyə çağırıb. Həftəlik radio
müraciətində cənab Obama əmin olduğunu bildirib ki, Sonya Sotomayor ölkənin ən
ali məhkəməsi üçün düzgün seçimdir. O,
xanım Sotomayorun geniş hakimlik təcrübəsini və yoxsul Puerto Rikalı
valideynlərin övladı kimi boya başa çatmasını qeyd edib. Təsdiq olunarsa, 54 yaşlı Sotomayor Ali Məhkəmənin
ilk ispandilli və üçüncü qadın hakimi olacaq.
Respublikaçıların cavab müraciətində İndiana ştatının qubernatoru Mitç
Daniels Demokratların təqdim etdiyi iqlim haqda qanun layihəsini tənqid
edib. 2020-ci ilədək istixana qazlarını
17 faiz azaltmağı nəzərdə tutan təklifi cənab Daniels səmərəsiz və israfçılıq
adlandırır. Onun sözlərinə görə bu növ
qaydalar ştatlarda çoxlu sayda iş yerlərinin itirilməsi, onların Çin və Hindistana
köçməsi ilə nəticələnəcək.