Accessibility links

Berdımuhəmmədov daxili işlər nazirini istefaya göndərdi


Türkmənistanın dövlət mediasının yaydığı məlumata görə, prezident Gurbanqulu Berdımuhəmmədov daxili işlər naziri Orazgeldi Amanmuradovu işdən azad edib.

Cənab Berdımuhəmmədov buna səbəb kimi, ölkədə korrupsuiyanın və cinayət halllarının artdığını göstərib və bunun çoxunun polis əməkdaşları tərəfindən törədildiyini vurğulayıb.

Tükmən lideri bununla son bir neçə ildə artıq üçüncü dəfədir ki, daxili işlər nazirini istefaya yollayır.

Cənab Berdımühəmmədov bu ilin yanvar ayından öz kabinetində dəyişikliklər etməyə başlayıb.

XS
SM
MD
LG