Accessibility links

İraqda sabiq naziri dramatik şəkildə həbs etdilər


İraq polisi korrupsiyada ittiham olunan sabiq ticarət nazirini o, ölkəni tərk etməyə cəhd göstərdikdən sonra həbs edib.

Parlamentin ləyaqət komissiyasının sədri Sabah əl-Səidi bu gün jurnalistlərə deyib ki, sabiq nazir Falah əl-Sudani Birləşmiş Ərəb Əmirliklərinə uçmaq üçüb təyyarəyə minib və təyyarəyə geri qayıtması əmr olunub.

Bundan sonra naziri hava limanındaca həbs ediblər. Cənab Sudani bu ayın əvvəllərində istefa vermişdi.

Onun departamenti böyük məbləğdə yeyintidə ittiham olunur. Onun özü isə bu ittihamları rədd edir.

Cənab Sudaninin qardaşlarından biri də eyni ittihamla həbs olunub.

XS
SM
MD
LG